Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur
"Qeyri-formal məşğulluğa nəzarət" Vahid İnformasiya Sistemi də yaradılacaqƏmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır. Əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır. Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi “Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və əmək sahəsində məsələlərin müzakirəsinə həsr olunmuş video formatında keçirilən iclasda bildirib.
Nazir qeyd edib ki, pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirləri qorunması işləri davam edir. “Əmək müqaviləsi bildirişi” altsistemində bununla bağlı işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. Həmçinin e-sistem üzərindən bu istiqamətdə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir.
Karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkətinə şərait yaratmaq üçün e-sistemə real olmayan əmək müqaviləsi bildirişləri daxil etdiklərinə əsaslı şübhələr yaranan işəgötürənlərlə bağlı məlumatlar da hüquq-mühafizə orqanlarına təqdim edilir.
Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini deyən S.Babayev “Qeyri-formal məşğulluğa nəzarət” Vahid İnformasiya Sisteminin yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işləri da davam edir.
İclasda “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemlərinin, fərdi uçot sisteminin müqayisəli təhlilllərinin aparılması, həmçinin İcbarı Sığorta Bürosunun informasiya sistemi ilə müqayisəli təhlil aparılmaqla sığorta müqaviləsi bağlamamış işəgötürənlərin müəyyənləşdirilməsi üçün görüləcək işlər nəzərdən keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunub.
Xidmətin Mərkəzi Laboratoriyasının bazasında Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, Xidmətin kadr potensialının artırılması və işəgötürənlər üçün maarifləndirmə işlərinin təşkili, risk əsaslı yoxlama mexanizminin və əməyin mühafizəsi üzrə standart, norma və qaydaların mənimsənilməsi üçün müfəttişlərin iştirakı ilə treninqlərin təşkili, əməyin mühafizəsi sahəsində iqtisadi fəaliyyət sahələri üzrə norma və standartların hazırlanması və s. məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
53 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu






















