Beynəlxalq Bank Maliyyə Korporasiyası ilə yeni saziş imzalayıb
Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu sahədə kreditləşmə prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, Saziş Banka kredit müraciətlərinin təhlili zamanı IFC-in kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətini (CLARA) tətbiq etməyə şərait yaradacaq. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək. Fermerlər Azərbaycan Beynəlxalq Bankının ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək aqrar kreditləri daha sadə prosedurlarla və sürətli şəkildə əldə edə biləcəklər.
Azərbaycan Beynəlxalq Bankının korporativ bankçılıq üzrə Baş direktoruNərgizxanım Biləndərli IFC ilə bağlanmış sazişin başqa istiqamətlərdə də faydalı olacağını bildirib: “Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq. Beləliklə, seçim imkanları genişlənəcək. Onlar sırf ehtiyaclarına uyğun kredit məhsulları əldə edə biləcəklər”.
Qeyd edək ki, IFC-in CLARA aləti kənd təsərrüfatı kreditləşməsində risk qiymətləndirmə prosesini inkişaf etdirən yeni vasitədir. IFC bu aləti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirdiyi “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində hazırlayıb.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















