İstixanaların satış və ixrac ilə bağlı çətinlikləri yaranıb
İyunun 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən istixana təsərrüfatlarının sahibkarları ilə növbəti onlayn görüş təşkil olunub.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, dövlət-sahibkar dialoqu platforması çərçivəsində keçirilmiş onlayn görüşdə KOBİA-nın, “Azəriqaz” İstehsalat Birliyinin, “Azərişıq” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsi, “SOCAR petroleum” QSC-nin nümayəndələri, eləcə də 50-yə yaxın istixana təsərrüfatının sahibləri iştirak ediblər.
Görüşdə sahibkarların koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhsul satışı və ixracı ilə bağlı yaranmış çətinlikləri, istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi, mazutla təminat, müasir istixanaların idarə edilməsindəki çətinliklər, tərəvəz emalı müəssisəsinin yaradılması, elektrik şəbəkəsinə qoşulma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Onlayn görüş çərçivəsində sahibkarlar tərəfindən qaldırılan bir sıra məsələlərə müvafiq qurumların nümayəndələri tərəfindən yerindəcə operativ reaksiya verilib, araşdırma tələb edən məsələlərin isə araşdırılaraq KOBİA-nın KOB dostları vasitəsilə sahibkarların məlumatlandırılacağı bildirilib.
Görüşdə sahibkarlar tərəfindən qaldırılan bütün məsələlər KOBİA tərəfindən diqqətdə saxlanılacaq və qanunvericilik çərçivəsində həllinə dəstək göstərilməsi üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















