İrandan gətirilən 4 tondan artıq kartofda güvə aşkar edildi
İrandan idxal edilən məhsullara fitosanitar nəzarət həyata keçirilərkən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bakı-Abşeron rayonlararası BKM-nin müfəttişləri tərəfindən 4500 kq kartofda karantin tətbiq edilən zərərli orqanizim olan kartof güvəsi (Phthorimaea operculella Zell) aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"yaverilən məlumata görə, adı çəkilən məhsul kartof güvəsinin təhlükəliliyi nəzərə alınmaqla və karantin tətbirləri sisteminə riayət etməklə Sumqayıt şəhər "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.
Qeyd edək ki, kartof güvəsi kartof, badımcan, pomidor, bibər, tütün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilər.
Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır və daha çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir.
Qeyd edək ki, Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti mütamadi olaraq Azərbaycan ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğedici tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















