Neft qiymətləri "ikinci dalğa" qorxusu ilə düşür
Neft qiymətləri, koronavirus pandemiyasında ikinci dalğa narahatlıqlarının artmasının təsiri ilə düşürÇində yenidən koronavirusa yoluxma faktlarının aşkar edilməsi və digər ölkələrdə də yoluxanların artması pandemiyada ikinci dalğa baş verəcəyi narahatlıqlarını artırıb. Bu vəziyyət onsuz da kövrək olan iqtisadi inkişaf üçün təhdid yaradır və neft qiymətləri düşür.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30-da Brent nefti 3,7% ucuzlaşma ilə 37,69 dollardan, Qərbi Texas nefti isə 5% ucuzlaşma ilə 34,41 dollardan alıcı tapıb.
Xam neftin altı həftə davam edən "rallisi", keçən həftə, virus epidemiyasında ən pisin hələ geridə qalmadığı narahatlıqlarının artmasından və Fed-in pandemiyanın ABŞ iqtisadiyyatına daha böyük ziyan vura biləcəyi xəbərdarlığından sonra dayanıb. Ancaq OPEC + koalisiyasının hasilatı azaltması və ABŞ-da istehsalın geriləməsi qiymətlərin bir daha Aprel ayında olduğu kimi mənfi səviyyələrə düşəcəyi ehtimalını azazaldır.
Əgər Çində koronavirusun ikinci dalğası olsa, dünyanın digər ölkələrində də bunun reallaşacağı qorxusu var.
Həmçinin Brent nefti 40 dollar səviyyəsinə yaxınlaşdıqca ABŞ-da şist nefti istehsalı yenidən arta bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























