Çinlilər "Moneygram"ı satın alır
Çinin "Alibaba Group" şirkətinin payı olan və əvvəlcədən "Alipay" adı ilə tanınan "Ant Financial" şirkəti, elektron ödəmə şirkəti "Moneygram" üçün etdiyi təklifi artırıb.
"Marja" xəbər verir ki, şirkət içərisindəki mənbələrə görə, çinlilərin ödəməyə hazır olduğu qiymət Amerikalı "Euronet Worldwide" şirkəti tərəfindən edilən təklifin üzərindədir.
CƏMİ MƏBLƏĞ 1.2 MİLYARD DOLLARDIR
"Ant Financial", daha əvvəl "Moneygram" üçün bir səhminə 13.25 dollar olan təklifini 18 dollar səviyyəsinə qaldırıb. "Ant Financial" və "Moneygram" tərəfindən yayılan birgə açıqlamaya görə, bu, təxminən 1.2 milyard dollar məbləğində bir cəmi məbləğı uyğun gəlir.
İşlərini okeanın o tayına genişləndirmək istəyən "Ant" üçün "Moneygram"ı satın alması ilk ciddi addım ola bilər. Təxminən 60 milyard dollar qiymət verilən "Ant" İPO-ya çıxmağı da planlaşdırır.
"Ant Financial"ın sədri Daq Feagin, bu satınalmanın qlobal mənada 630 milyon müştəriyə xidmət göstərən "Ant" üçün çox dəyərli bir həmlə olduğunu bildirib.
MİLLİ TƏHLÜKƏSİZLİK QORXUSU
İki şirkət, satınalma prosesini tamamlamaq üçün qanuni razılıqları və ABŞ anti-inhisar orqanının icazəsini gözlədiklərini bildirir. Eyni zamanda satınalama, ABŞ-ın milli təhlükəsizlik riski yaradan xarici satınalmaları araşdıran CFIUS tərəfindən də nəzərdən keçiriləcək.
CFIUS daha əvvəl "Aixtron" və "Lattice" kimi texnologiya şirkətlərinin Çin şirkətləri tərəfindən satın alınmalarına icazə verməmişdi.
Yeni prezidentı Trump-ın mövqeləri səbəbilə ticari və siyasi baxımdan gərginliyi artan Çin və ABŞ münasibətlərində, rəsmilər, "Moneygram" satışında "Euronet" təklifini daha uyğun hesab edə və "Ant"ə mane ola bilərlər.
Çinlilər, ötən illərdə ABŞ-ın texnologiya pərakəndə satıcısı "Ingram Micro" və telekommunikasiya şirkəti "Motorola"nı cəmi 9.4 milyard dollar ödəyərək satın almışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 d. əvvəl
- 33 d. əvvəl
-
47 d. əvvəl
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İran Hörmüz boğazını açıb
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ən çox oxunanlar
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb











.jpg)






