ABŞ-dan neft ilə bağlı pis xəbər - QİYMƏTLƏR DÜŞDÜ
ABŞ-da anbarlardakı (çənlərdə) xam neft ehtiyatları keçən həftə 5,7 milyon barel artıbABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 5,7 milyon barel (1,1%) artımla 538,1 milyon barelə yüksəldiyini açıqlayıb. Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların 1,7 milyon barel azalacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə isə 2,1 milyon barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 2,2 milyon barel (0,3%) artımla 650 milyon barelə çatıb.
Xəbərin ardından neft qiymətləri düşüb. Bakı vaxtı ilə saat 10:45-də Brent nefti 3% ucuzlaşma ilə 40,38 dollardan əməliyyat olunub. Fed-in ABŞ iqtisadiyyatının normallaşması üçün qarşısında uzun bir yol olduğunu açıqlaması da neft qiymətlərinin düşməsinə səbəb olub.
Ötən həftə ABŞ-ın benzin ehtiyatları da 0,9 milyon barel (0,3%) artımla 258,7 milyon barel olub.
ABŞ-ın xam neft idxal keçən həftə gündəlik ortalama 685 min barel artaraq 6,8 milyon barelə çatıb, neft ixracı isə gündəlik ortalama 355 min barel azalıb və 2,4 milyon barelə düşüb.
ABŞ-ın gündəlik xam neft istehsalı isə 30 May-5 İyun dövründə orta hesabla 120 min barel azalaraq təxminən 11,1 milyon barelə geriləyib. Bu rəqəm, 22-28 Fevral dövründə 13,1 milyon barel olmaqla ən yüksək səviyyəsinə çatmışdı.
EIA-nın İyun Hesabatına görə, ölkənin gündəlik xam neft istehsalının bu il 11,6 milyon barel olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




