Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb
Energetika Nazirliyi bu ilin 5 ayında respublika üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb
Məlumata görə, 2020-ci ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 899,6 mln. kVt·st, ixracı 21,7 mln. kVt·st, idxalı 17,5 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 17,5 mln. kVt·st azalıb, ixracı 2,7 mln. kVt·st, idxal isə 8,6 mln. kVt·st artıb.
Cari ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 mln. kVt·st artaraq 10 796,5 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 200,8 mln. kVt·st artaraq 10 095,6 mln. kVt·st, SES-lərdə 150,5 mln. kVt·st azalaraq 549,0 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,7 mln. kVt·st artaraq 151,9 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 45,1 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 18,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 88,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 mln. kVts (İES-lərdə 9 186,2 mln. kVt·st, SES-lərdə 464,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 mln. kVt·st (İES-lərdə 65,2 mln. kVt·st, SES-lərdə 75,1 mln. kVt·st, Günəş ES-də 15,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 mln. kVt·st təşkil edib.
Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 mln. kVt·st artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)





