5-10 saniyəyə istənilən ödənişi təmin edəcək layihə yekunlaşır – Muğanbank test edir
(®️) “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bankın müvəkkil banklarla birgə üzərində çalışdığı “Ani Ödənişlər Sistemləri (AÖS)” layihəsi artıq son mərhələyə qədəm qoyub.
Marja-ya daxil olan məlumata əsasən layihə iştirakçılarından olan “Muğanbank” ASC artıq sistemin real rejimlərdə testinə başlayıb. Muğanbankdan əlavə daha iki bankn da hazırlıq işlərini yekunlaşdırdığı bildirilir.
Ümumilikdə, Ani Ödənişlər Sistemlərinə (AÖS) keçidin bankların rəqəmsallaşma istiqamətində apardığı siyasətə ciddi təkan verəcəyi gözlənilir. Belə ki, “Ani Ödənişlər Sistemləri (AÖS)” layihəsi biznes strukturları və dövlət orqanları arasında, eləcə də fiziki şəxslər tərəfindən ödənişlərin, köçürmələrin, qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24*7*365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək.
“Ani Ödənişlər Sistemləri (AÖS)” layihəsi uğurlu testindən sonra istehlakçıların xidmətinə veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















