Fransa şirkətinin Azərbaycan filialı ləğv olunur - YENİLƏNİB
"Suez WTS France" şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.
Marja xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti "Azure Biznes Mərkəzi" küçəsi, ev 15, mənzil 140 ünvanına bildirə bilərlər.
Suez - su, elektrik enerjisi, təbii qaz və tullantıların idarəedilməsi sahələrində fəaliyyət göstərən qabaqcıl Fransa şirkətidir. SUEZ Water Technologies & Solutions (WTS) şirkəti Suez qrupuna daxildir.
“SUEZ GROUPE”un Azərbaycandakı filialından Marja-ya bildirildi ki, filialın ləğvi birləşmə ilə bağlıdır:
“SUEZ-in Azərbaycanda 2 filialı fəaliyyət göstərirdi. Ləğv olunan filial SWTS-ın (SUEZ Water Technologies and Solutions) adından Azərbaycanda 2017-ci il sentyabr ayından fəaliyyət göstərirdi. İki filialın fəaliyyətini bir strukturda birləşdirmək məqsədilə sözügedən filial ləğv olunmuş və işçi heyəti artıq 2019-cu ilin may ayında “SUEZ GROUPE”un Azərbaycan filialına köçürülmüşdür".
Qeyd edilib ki, öz sahəsində dünya lideri sayılan “SUEZ GROUPE” malik olduğu 150 illik təcrübə ilə dünyanın 100-dən çox ölkəsində 90 mindən çox işçi ilə resursların səmərəli və dayanıqlı şəkildə idarə olunması sahəsində fəaliyyət göstərir. SUEZ artıq 16 ildir ki, Azərbaycan Respublikasında dövlət və sənaye sektoru, o cümlədən su-kanalizasiya və tullantıların idarə olunması istiqamətlərində ağıllı və ekoloji cəhətdən səmərəli həllər tətbiq edərək ölkə iqtisadiyyatının və ətraf mühitin inkişafına töhfə vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















