“Eli Lilly” şirkəti koronavirusa qarşı vaksini insanlar üzərində sınaqdan keçirməyə başlayıb
“Eli Lilly” şirkəti koronavirusa qarşı vaksini insanlar üzərində klinik sınaqdan keçirməyə başlayıb. Şirkətin rəhbərliyi artıq pasientlərin ilk qrupunun sınağın başlanğıc mərhələsində təyin olunmuş dozada vaksin qəbul etdiyini bildirib.
Koronavirusun anticisimlərlə müalicəsi üçün dünyada bu istiqamatdə aparılan ilk tədqiqatdır.
“Eli Lilly” COVID-19-a qarşı vaksin hazırlayan şirkətlərdən biridir. Həftənin bazar gününə kimi bu virusdan bütün dünya üzrə 370 mindən çox insan həyatını itirib.
Tədqiqatlarda COVID-19-un pozitiv diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş pasientlərə vaksin tətbiq ediləndən sonra onların vəziyyəti və həmin vaksinin təhlükəsizlik dərəcəsi qiymətləndiriləcək. Məlumatda nəticələrin iyunun sonunda bəlli olacağı bildirilir.
“LY-CoV555” vaksini ilə eksperimental müalicə “AbCellera Biologics” fərdi şirkətli ilə birgə əməkdaşlıq əsasında həyata keçirilib. “Eli Lilly” koronavirus COVID-19-un profilaktikası və müalicəsi üçün anticisimlər üzərində test aparmaq məqsədilə martda həmin şirkətlə tərəfdaşlıq sazişi imzalayıb.
“Eli Lilly” şirkətinin nümayəndələri bildirib ki, anticisimlər vasitəsilə həmin vaksinin hazırlanmasına yeni koronavirusun yaratdığı ağciyər xəstəliyindən sağalmış şəxsin qan nümunələri ABŞ-da ilk pasientlərə çatdırılandan sonra başlanıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























