Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb
®️2016-cı ilin Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Dövlət tərəfindən Aprel şəhidlərinin ailələrinə göstərilən xüsusi dəstək və eləcə də qayğı ilə görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.
Belə ki, Bank, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə “Sabah” FK və AFFA-nın dəstəyi ilə Aprel şəhidlərinin övladları üçün “1 iyun – Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş təqdirəlayiq aksiya həyata keçirib. Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən aksiya çərçivəsində “Bank Respublika”nın nümayəndələri və “Sabah” FK-nın tərkibində oynayan milli komandanın üzvləri, Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.
Keçirilən görüşlərdə Bankın nümayəndələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq bildiriblər ki, bütün şəhid övladları atalarının igidliklərinə görə qürur duymalıdırlar və Azərbaycan xalqı hər zaman onların qəhrəmanlıqlarını xatırlayacaq.
Aksiyanı həyata keçirməkdə məqsəd, Vətən uğrunda canından keçmiş Aprel şəhidlərinin ailələrinə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirmək olub.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)





.jpg)






