“Günay Sığorta” regiondakı uşaqlara meydança hədiyyə etdi
(®️) “Günay Sığorta” sosial yönümlü fəaliyyətinə uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial layihə həyata keçirib.
Layihə çərçivəsində Masallı Rayon İcra hakimiyyətinin dəstəyi ilə Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində uşaq meydançası balaca sakinlərin istifadəsinə verilib. Meydança uşaq bağçasının yaxınlığında yerləşdiyindən həm kəndin, həmçinin qonşu kəndlərdən gələn balaca sakinlərin əylənməsinə və maariflənməsinə səbəb olacaqdır. Oyun meydançasından ortalama 300 uşağın faydalanması gözlənilir.
Şirkətin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Səidə Fətullazadə layihə haqqında məlumat bildirib:
“Uşaq meydançasında uşaqların əylənməsindən əlavə maarifləndirilməsinə də xüsusi yer ayrılmışdır. Belə ki, sığorta şirkəti olaraq yol nəqliyyat hadisələrində günü gündən uşaq qurbanlarının sayının artmağının şahidi oluruq. Gələcəyimiz olan bu uşaqların təhlükəsizliyinə xüsusi diqqət ayırmalıyıq. Bu məqsədlə uşaqlar üçün yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumat tabloları yerləşdirilib. Uşaqlar həm əylənmiş, həm maariflənmiş olacaqlar”.
Layihə çərçivəsində kəndin balaca sakinlərinə müxtəlif hədiyyələr paylanılmış, valideynlərə uşaq meydançası və yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmənin mahiyyəti barədə məlumat bildirilmiş, zəruri olmadığı halda evdən çıxmamaqları, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əməl etmələri söylənilmişdir. Ümid edirik, ölkəmiz tezliklə bu ağır günlərdən xilas olacaq və yay tətilində balaca sakinlər maariflənərək əylənəcəklər.
Qeyd edək ki, Günay Sığorta daim ölkənin gələcəyi olan uşaqlara xüsusi qayğı göstərmişdir. Keçən il də şirkət 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə regionlarda yaşayan fiziki qüsurlu uşaqları sevindirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















