Expressbank aztəminatlı ailələrə öz bizneslərini qurmağa dəstək oldu
(®️) Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” daha bir sosial layihəyə imza atdı. Belə ki, bankın dəstəyi ilə Şirvan şəhər sakini Samirə Abbasova, Qaradağ və Abşeron rayon sakinləri Aygün Qaryağdı və Sübhan Nuraliyev Expressbank tərəfindən bütün lazımi avadanlıqlarla təchiz edilərək öz kiçik bizneslərini yaratdılar.
İndi Sübhan Nuraliyev avtomobil şinlərinin təmiri ilə avtomobil sahiblərinə, Aygün Qaryağdı və Samirə Abbasova isə tekstil istehsalı və qadın salonuna sahiblik etməklə xanımlarımıza xidmət edəcəklər.
Layihə Prezident İlham Əliyevin təşəbbüsü ilə həssas əhali qruplarının özünəməşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən reallaşdırılmışdır. Məqsəd aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























