Rabitəbank aztəminatlı ailələrin biznes xəyallarını gerçəkləşdirdi
Rabitəbank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran kəndlilərə mal və materialların verilməsini həyata keçirib
Xaçmaz rayon sakini Tünzalə xanımın uşaqlıq arzusu dərzi olmaqdır: “Evdə hərdən özüm üçün iynə-sapla işləsəm də, bu işdən pul qazana bilmirdim. İmkan da yox idi ki, bacarığımı biznesə çevirim və özümü sahibkar kimi formalaşdırım. Amma bu gün Rabitəbank əməkdaşları mənə elektriklə işləyən müasir tikiş maşını hədiyyə etdilər. İllərdir, ürəyimdə olan arzuma çatdım. Rabitəbank əməkdaşlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərdiyi diqqət və qayğıdan dolayı təşəkkür edirəm.”
Heyvandarlıqla məşğul olan Kürdəmir rayon sakini Muğan Məmmədovun da ailəsində bu gün sevincli gün yaşanır. Muğan bəy ailəsini keçindirmək üçün süd istehsal edir və ya ətlik inək saxlayırdı. Rabitəbankın dəstəyi ilə Muğan bəyin təsərrüfatının məhsuldarlıq həcmi artmış və ailə təsərrüfatını genişləndirmək arzusu həyata keçmişdir: “Həmişə istəmişəm ki, heyvardarlıqla məşğul olaraq təsərrüfat həcmini artırım və işimi genişləndirim. Elə bil Rabitəbank mənim bu istəyimi eşitmiş kimi bu bayram günündə 2 inək hədiyyə etdi. Mənim üçün ikiqat bayram oldu. Axır ki, sevdiyim işlə daha rahat məşğul ola biləcəm!” Öz təsərrüfatını qurmağa hazırlaşan Muğan bəy gələcəkdə inəklərin sayını artırmaqla digər kənd sakinlərini də təsərrüfata cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Rabitəbank korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq özünüməşğulluq proqramına dəstək verir. Bankın bu kimi addımı, xüsusən koronavirus pandemiyası dövründə ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 13 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 40 d. əvvəl
-
48 d. əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub
Ən çox oxunanlar

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb
