12 bankın əməliyyat mənfəəti azalıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 9-nun bu ilin 1-ci rübündəki əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Günay Bank", "Bank BTB", "Naxçıvan Bank", "Bank Respublika", "Express Bank", "Xalq Bank", "Rabitəbank", "Kapital Bank" və "AFB Bank"dır.
Ən yüksək dinamika "Günay Bank"da (3,5 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (9,8%) qeydə alınıb.
12 bankın - "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Unibank", "PAŞA Bank", "Premium Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank" və "Access Bank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Access Bank"da (90,9%), ən az azalma isə "Zıraat Bank Azərbaycan"da (2,6%) qeydə alınıb.
3 bankın - "AGBank", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri artıb - müvafiq olaraq 83,4%, 50,4% və 15,1%.
1 bankın - "NBC Bank"ın isə əməliyyat zərəri azalıb - 41,7%.
2 bank - "Muğan Bank" və "Yelo Bank" bu ilin yanvar-mart aylarında əməliyyat zərərinə uğrayıb, ötən ilin eyni dövründə əməliyyat mənfəəti əldə edib, 1 bank - "Turan Bank" isə bu ilin I rübündən əməliyyat mənfəəti ilə çıxıb, ötən ilin eyni dövründə əməliyyat zərəri ilə üzləşib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
6 bank əməliyyat zərərinə uğrayıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 6-sı bu ilin I rübündə əməliyyat mənfəəti əldə etməyib.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Yelo Bank", "Muğan Bank", "AGBank" və "Bank VTB Azərbaycan"dır.
Əməliyyat zərərinin ən yüksək həddi "Bank VTB Azərbaycan"da ( 3 milyon 341 min manat), ən aşağı həddi isə Pakistan bankında (137 min manat) qeydə alınıb.
Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (83 milyon 331 min manat), ən aşağı göstərici isə "Azər-Türk Bank"da (213 min manat) qeydə alınıb.
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








