Beynəxalq Ailə Günündə “Ziraat Bank Azərbaycan” aztəminatlı ailələrin yanında
(®️) Beynəxalq Ailə Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərifəsində “Ziraat Bank Azərbaycan” ASC öz missiyasına sadiq qalaraq əhalinin həssas qrupları sayılan (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və işaxtaran şəxslər və b.) şəxslərə, “Sabahın Sahibkarları” sloqanı altında öz bizneslərini qurmağa tam dəstək göstərmişdir.
Məqsəd ölkədə həssas əhali qruplarının kiçik və orta sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yerli istehsalın artırılması, aile biznesinin qurularaq ölkəmizin iqtisadiyyatına dəstək olmaqdır. Belə ki, Ziraat Bank tərəfindən regionlarda yaşayan həssas əhali qrupuna daxil olan və regional özünüməşğulluq idarəsində kursu bitirərək peşə sahibi olan şəxslərə, gözəllik salonu, tekstil məhsullarının istehsalı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaqları üçün lazımı avadanlıqlar ilə təmin etmişdir.
Qeyd edim ki, bununlada ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış memorandumun icrasına “Ziraat Bank Azərbaycan” ASC –də qoşularaq, regionlarda sahibkarlığa, yerli istehsalın artırılmasına, ailə biznesinin qurulmasına və dövlətimizin apardığı siyasətə həmişə olduğu kimi dəstəyini göstmişdir.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC ölkə ərazisində Bakı,Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialları sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank, məhsullar və xidmətlər haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















