Rabitəbankın POS terminal sahiblərinə aylıq tariflərə 50% güzəşt tətbiq olunur!
(®️) Rabitəbank sahibkarlara xüsusi güzəşt təqdim edir.Azərbaycan Respublikasının Mərkəzi Bankının COVID-19 pandemiyası ilə əlaqədar olaraq, sahibkarlara dəstək məqsədli tövsiyyələrinə uyğun olaraq Rabitəbank POS terminal tariflərinə güzəşt edilməsinə dair qərar qəbul edib. Bununla əlaqədar olaraq, bank ilə müştəri arasında bağlanmış pos terminal müqaviləsində qeyd olunan aylıq xidmət haqqı tətbiq edilən cari POS terminal müştəriləri üzrə 30.09.2020-ci il tarixinə qədər 50% endirim tətbiq ediləcəkdir. Həmçinin Mərkəzi Bankın tövsiyəsinə əsasən, AZİPS və XÖHKS ödəniş sistemi ilə banklararası köçürmələrə də 50% endirim ediləcəkdir. Bu güzəşt həm sahibkarlara, həm də fərdi müştərilərin köçürmələrinə şamil edilir. Qeyd edək ki, aylıq komissiya haqqına güzəşt may-sentyabr aylarını əhatə edəcəkdir.
Bu təkliflə yanaşı 5 avqust tarixinədək bankda yeni sahibkarlıq hesabı açan müştərilərə aşağıdakı xüsusi üstünlüklər təqdim olunur:
- İlk 3 ay ərzində müəssisələrdən əmək haqqı köçürmə komissiyasının alınmaması, əmək haqqı kartlarının pulsuz verilməsi;
- Köçürmə komissiyaları üçün istifadə edilə biləcək 50 AZN dəyərində bonusların verilməsi;
- 0% konvertasiya komissiyası;
- İlk 3 ay ərzində hesab üzrə vəsaitin nağdlaşdırılması 0%;
- POS terminal üzrə aylıq xidmət haqqı 0 AZN;
Həmçinin, kampaniyadan yararlanan müştərilərilərə internet bankçılıq xidmətinə qoşulma, istənilən valyutada hesab açma, bir illik SMS və e-mail məlumatlandırma, VÖEN hesaba bağlı iki illik BizKart və bir ədəd çek kitabçası tamamilə pulsuz təqdim edilir.
POS terminal tarifləri və şərtləri haqqında daha ətraflı məlumat üçün, https://www.rabitabank.com/bank-xidmetleri linkinə daxil olaraq tanış ola bilərsiniz.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















