PAŞA Holding futbol və basketbol meydançasının tikintisini maliyyələşdirib
PAŞA Holding-in dəstəyi ilə Qobustan rayonunun Xilmili kəndində futbol və basketbol meydançası tikilib.
Holdinqin bu tədbiri həyata keçirməkdə əsas məqsədi ölkənin müxtəlif bölgələrində müvafiq idman şəraitinin yaradılmasını dəstəkləmək, həmçinin yaranmış vəziyyətdə ölkənin idman və səhiyyə istiqamətlərinin inkişafına töhfə verməkdir.
Sözügedən idman meydançasının açılış mərasimində Qobustan rayonunun icra başçısı Adil Məmmədov iştirak edib. PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımovun dediyinə görə, “İdman daim həm PAŞA Holding-in, həm də Qrupumuza daxil olan digər şirkətlərin Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqamətlərindən biri olub”.
Xatırladaq ki, COVİD-19 pandemiyası dövründə PAŞA Holding tərəfindən koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər də həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















