Unibank özünüməşğulluq layihəsi çərçivəsində kənd sakininin arzusunu reallaşdırdı
(®️) Tovuz rayonunun Cilovdarlı kənd sakini Tamam Cəfərovanın həyatında özü dediyi kimi möcüzə baş verib. Unibank Tamam xanımın ən böyük istəyini - öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdırmaqda ona kömək edib. Şəxsi biznesini yaratmaq üçün lazım olan bütün avadanlıqlar Tamam Cəfərovaya təqdim olunub. Ölkəmizdə qədim tikmə sənətinin azsaylı davamçılarından olan Tamam xanım bu peşəni yaşatmaq, gələcək nəsillərə ötürmək, bu sahədə kiçik biznesini qurmaq fikrindədir: “Həyatımda sanki möcüzə baş verdi. Bir il əvvəl kimsə mənə desəydi ki, sənin ən böyük arzun reallaşacaq, inanmazdım. Hər zaman arzum olub ki, bildiyim tikmə, toxuma, dərzilik sənətini genişləndirim. Amma lazımı avadanları almağa imkan olmadığından, bu, arzu olaraq qalıb. Bu gün Unibank əməkdaşları bu avadanlıqları evimə gətirib mənə təqdim edəndə, doğrudan möcüzə kimi oldu. Mən Unibank da daxil olmaqla, bu layihənin bütün təşkilatçılarına minnətdaram”.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Korporativ sosial məsuliyyət Unibankın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















