Bank BTB özünüməşğulluq proqramı iştirakçılarına dəstək oldu
(®️) Bank BTB korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq əhalinin həssas qrupları sayılan (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və işaxtaran şəxslər və b.) şəxslərin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramına qoşulub.
Qeyd edək ki, Bank BTB Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memoranduma qoşulub. Məqsəd ölkədə həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi ilə yanaşı, kiçik sahibkarlığın inkişafına dəstək olmaqdır.
Proqram çərçivəsində Bank BTB müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 4 aztəminatlı ailəyə kiçik sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün lazımi avadanlıqların alınmasına başlayıb.
Belə ki, dərziçilik peşəsi ilə məşğul olan Yolçuyeva Səyalı xanıma fəaliyyəti üçün lazım olan aktivlər alınaraq təhvil verilib. Həmçinin, kiçik sahibkarlıqla məşğul olan avtoelektrik Abidov Şəmşir bəy, qadın gözəllik salonunda çalışan Verdiyeva Xəccə xanım və fotoqraf Əmiraslanzadə Ülvi bəyə lazımi avadanlıqların alınması üzrə işlərin icrasına başlanılıb.
Layihədən bəhrələnən şəxslərdən 2 nəfərin aztəminatlı ailənin üzvü, bir nəfərin məcburi köçkün, digərinin isə əlillik dərəcəsinə malik olması layihənin sosial məsuliyyətini daha da artırır.
Onu da qeyd ki, özünüməşğulluq proqramı hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır.
Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















