Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq
(®️) 2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, istehlakçılara pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsini geri almaq mümkün olacağı barədə məlumat verib. Kapital Bank-ın maliyyə partnyorluğu ilə təqdim olunan layihə çərçivəsində artıq istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər.
Bunu həyata keçirmək üçün istehlakçı www.edvgerial.az saytına daxil olub, elektron kabinet yaratmalıdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi qeyd olunmalıdır. ƏDV qeyd olunan obyektlərdən toplanılan kassa çekləri əsasında geri qaytarılır. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır: istehlakçı fiziki şəxs olmalıdır, satıcı ƏDV ödəyicisi olmalıdır, həmçinin ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə etmək zəruridir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çəkin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. QR Pay xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin, Kapital Bank tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.
ƏDV-nin qaytarılması ilə bağlı video təlimat: www.youtube.com/watch?v=9r52-BqCI_U
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)


.jpg)








