Bankların istehlak kreditlərinə dair riskləri yumşaldılır
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bankların verdikləri istehlak kreditlərinə dair risklər mayın 1-dən gələn il yanvarın 1-dək yeni qaydada müəyyənləşəcək.
Bu, Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nda əksini tapıb.
Qərara əsasən, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilməyəcək.
Başqa sözlə, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, bankın balans aktivləri və balansdankənar öhdəlikləri növündən, xüsusiyyətindən, habelə öhdəliyin təminatından asılı olaraq müxtəlif risk dərəcələrinə aid edilir. BNG əmsalı borcun gəlirlərə nisbəti, istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. Birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə isə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbətidir.
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, 150 faizli (1,5 əmsallı) risk qrupuna BGN əmsalı 45 faizdən yuxarı olan, lakin 60 faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri daxildir (9.3.8.2 və 9.3.8.3).
180 faizli (1,8 əmsallı) risk qrupuna BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun yarısının cəmindən böyük olan istehlak kreditləri daxil edilir (9.3.9.1 və 9.3.9.2).
200 faizli (2,0 əmsallı) risk qrupuna BGN əmsalı 70 (yetmiş) faizdən yuxarı olan istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) daxildir (9.3.10.1.).
Ancaq istehlak kreditləri gələn il yanvarın 1-dən bu xüsusiyyətlərə görə risk qruplarına daxil edilməyəcək.
Eyni zamanda “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, istehlak krediti bir neçə fərqli risk qrupunun şərtlərinə uyğun gəldiyi təqdirdə, kredit uyğun gəldiyi ən yüksək əmsallı risk qrupuna aid edilir. İstehlak kreditlərininin müddətindən və valyutasından asılı olaraq isə risk dərəcələri aşağıdakı qaydada artırılır:
- müddəti 3 il və ya daha çox və 5 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 20 faiz bəndi artırılır;
- müddəti 5 ildən çox və 7 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 40 faiz bəndi artırılır;
- xarici valyutada verilmiş istehlak kreditlərinin risk dərəcəsi 60 faiz bəndi artırılır.
Ancaq bu qaydada risk dərəcələrinin artırılması da 1 yanvar 2021-ci il tarixinədək istehlak kreditlərinə şamil olunmayacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
7 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
8 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
8 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!





















