Media məlumatları manipulyasiya etmir, problemləri işıqlandırır
PR üzrə ekspert Anar Əskərov: "Mediada çıxan neqativ məlumatlara reaksiya verənlər arasında, bu kimi məlumatların qəsdən işıqlandırıldığını və bunun sifariş əsasında baş verdiyini düşünənlər çoxdur. Onlar problemi həll etmək əvəzinə, özlərini problemin olmadığına, məlumatların manipulyasiya edildiyinə inandırmağa çalışırlar. Problem isə davam edir, media onu görür və yenidən işıqlandırır…Media nələrə diqqət edir?
Medianın əgər sizinlə və ya təmsil etdiyiniz qurumla bağlı neqativ məlumatlara fokuslandığını düşünürsünüzsə, əslində haqlısınız. Xüsusilə də, bu mövzular şəxsi xarakterlidirsə, onların diqqəti daha da artır. Amma… Bu o demək deyil ki, media bunu qəsdən edir və ya ancaq neqativlər haqqında danışır.
Bəzi partizan və reket xəbər saytlarını çıxsaq, əksər media qurumları, həqiqətən baş verən problemlər haqqında danışırlar. Bunu isə bizə qarşı bir addım kimi görmək yanlışdır. Əksinə, onlar bəzən özümüzün xəbərsiz olduğumuz problemləri tapıb göstərirlər ki, ona görə onlara minnətdar olmalıyıq. Bəzən isə bildiyimiz, amma həll etməyə həvəsli olmadığımız məsələləri işıqlandırırlar, bu da həmin problemə daha ciddi yanaşmağımıza səbəb olur.
İndi isə gələk əsas bildirmək istədiyim mövzuya
İllərdir PR və reputasiya menecmenti üzrə konsultasiya verirəm. İşimin, eləcə də, şəxsi marağımın böyük bir hissəsini də risklərin (reputasiya üçün olan) ölçülməsi və böhranların idarə edilməsi təşkil edir. Bu səbəbdən uzun illərdir medianın müxtəlif şəxslər və ya qurumlar haqqında yayımladığı neqativ məlumatları izləyirəm.
Bu illər ərzində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, məni təəccübləndirən və təəssüfləndirən əsas məsələlərdən biri də bir çox yerli şirkət (istər böyük, istər orta, istərsə də kiçik ölçülü olsun) və ya dövlət qurumları ilə bağlı mediada çıxan neqativ məlumatlara reaksiya verənlər arasında, bu kimi məlumatların qəsdən işıqlandırıldığını və bunun sifariş əsasında baş verdiyini düşünənlərin çox olmasıdır.
Nəticədə, onlar medianın diqqət çəkdiyi problemin gerçək səbəbini araşdırmağa və onu həll etməyə meyl göstərmir, əksinə, ya susurlar, ya da həmin məlumatlara qarşı təkcə açıqlamalar verməklə işi həll etdiklərini düşünürlər.
Bu yanaşma nəyə səbəb olur? Cavab çox sadədir: həmin şəxslər və ya qurumlar haqqında təkrar-təkrar oxşar mövzularda neqativ tərkibli kontentlərə rast gəlirik. Çünki onlar problemi həll etmək əvəzinə, özlərini problemin olmadığına, məlumatların manipulyasiya edildiyinə inandırmağa çalışırlar. Problem isə davam edir, media onu görür və yenidən işıqlandırır…
Yəni, susmaq həll, açıqlama isə kifayət deyil! Böhran həm də inkişaf etmək üçün bir fürsətdir. Problemi həll edərək diqqətlər üzərinizdə ikən səsinizi daha da gücləndirə, özünüzü daha çevik və məsuliyyətli göstərə bilərsiniz.
Məlumatların bilərəkdən manipulyasiya edilməsi hər zaman aktual bir mövzudur, lakin onu əsas gətirərək yayımlanan neqativ məlumatları və onların qaynaqlandığı problemləri görməzdən gəlmək yol verilməzdir.
Yalnız özümüzü problemin ilk qaynağı kimi gördükdə inkişaf edə, ancaq bu yolla problemlərimizi həqiqətən başa düşüb, onları həll edə bilərik!
Müəllif: PR üzrə ekspert Anar Əskərov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















