Azərbaycan bankının xalis mənfəəti 23 dəfə artıb
“AFB Bank” ASC 2020-ci ilin 1-ci rübünü 2 milyon 553 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə “AFB Bank”ın xalis mənfəəti 23 dəfə çoxdur. Belə ki, AFB Bank 2019-cu ilin 1-ci rübnü 111 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə AFB Bankın cəmi əməliyyat gəlirləri 9 milyon 564 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 904 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 660 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 2 milyon 106 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrıldığı üçün AFB Bank ilk rübü 2 milyon 553 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 1-ci rübündə AFB Bankın cəmi əməliyyat mənfəəti 9 milyon 685 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 442 min manat, əməliyyat mənfəəti 4 milyon 243 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 4 milyon 133 min manat ayırdığı üçün həmin dövrü 111 min manat xalis mənfəət ilə başa vurmuşdu.
2019-cu ilin ilk rübü ilə müqayisədə 2020-ci ilin ilk rübündə AFB Bankın gəlirləri azalıb. Xərclər daha çox azaldığından əməliyyat mənfəəti artıb. Bu il xalis mənfəətin yüksək olması əsasən Bankın ehtiyata 2 dəfə az vəsait ayırmasından qaynaqlanır.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə AFB Bankda müştərilərə verilmiş kreditlər 73 milyon 239 min manat və ya və ya 20% artaraq 439 milyon 109 min manata yüksəlib. O cümlədən biznes kreditləri 67 milyon 741 min manat və ya 23,2% artaraq 359 milyon 56 min manata çatıb.
31 Mart 2020-ci il tarixində AFB Bank 577 milyon 458 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda Bankın aktivləri 574 milyon 706 min manat təşkil etmişdi.
Ötən ilin sonu ilə müqayisədə ilk rübdə AFB Bankda depozitlər 1 milyon 942 min manat artaraq 3 milyon ,367 min manata çatıb.
31 Mart 2020-ci il tarixində AFB Bank 81 milyon 882 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, AFB Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.
Məlumat üçün bildiririk ki, “AFB Bank” ASC-nin Fitch reytinqi B-dir və ölkə bankları arasında ən yüksək reytinqə malik 5 bankdan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
17 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
17 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)





.jpg)







