İpoteka kreditlərində güzəşt yalnız iş yerini itirənlərə və gəliri azalanlara aid olacaq
Gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar ipoteka kreditlərinin restrukturizasiyası üçün müraciət edə bilərlər.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 6-1-ci hissəsi ilə tənzimlənir. Fondun qaydalarına əsasən intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti iləəlaqədar müntəzəm ödənişlərin artması və s.) hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər.
Bu barədə Fondun açıqlamasında bildirilir:
Açıqlamada deyilir:
Məlum olduğu kimi, Fond tərəfindən ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan ödəniş qabiliyyətli borcalanlara verilir və hazırda bunun sayəsində yüksək keyfiyyətli ipoteka kreditləri portfeli formalaşıb. Nəticədə, restrukturizasiya mexanizminin tətbiq olunduğu son 4 il ərzində borcalanların müraciəti əsasında cəmi 37 kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilib.
Hazırda koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin qarşısının alınması məqsədilə dövlət tərəfindən məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə iş yerlərinin və fiziki şəxslərin gəlirlərinin qorunması təmin olunur.
Qeyd etmək lazımdır ki, hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə borcalanlar tərəfindən öhdəliklər vaxtında həyata keçirilir və ödənişlərdəəvvəlki dövrlərdən fərqli tendensiya müşahidə edilmir.
Bütün bunları nəzərə alaraq, gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar yalnız qaydalarla nəzərdə tutulmuş əsaslar yarandıqda ipoteka kreditlərinin restrukturizasiyası üçün müvafiq qaydada müraciət edə bilərlər.
Həmçinin oxu
İpoteka kreditlərinə güzəştlər edilir - QƏRAR
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
