Bank BTB-dən pulsuz Elektron Ticarət xidməti
ank BTB Elektron Kommersiya ilə məşğul olan sahibkar şəxslərə dəstək olur
(®️) Ölkəmizdə Koronavirus Pandemiyası nəticəsində tətbiq olunan karantin rejimi bir çox alış-veriş obyektlərinin, mağazaların məsafədən (onlayn) xidmət göstərməsini tələb edir. Mövcud vəziyyətdə sahibkarlar mal və xidmətlərin satılmasında, potensial müştərilərin qazanılmasında yeni təkliflərə, alternativ xidmət üsullarına maraqlıdırlar. Bunu nəzərə alaraq, Bank BTB Elektron Kommersiya (e-commerce) ilə məşğul olan sahibkar şəxslər üçün əməkdaşlıq təklif edir.
Belə ki, onlayn ticarətlə məşğul olan sahibkarlar və ya biznesini bu sahədə qurmağı düşünən şəxslər Elektron Ticarət (e-commerce) xidmətinə tamamilə pulsuz şəkildə qoşula biləcəklər.
İlk olaraq, bu xidmətə qoşulan şəxslərin idarə etdikləri sayt və ya mobil tətbiqində plastik kartla ödəmə imkanı yaradılacaq. Bununla da, sayta daxil olmuş müştəri seçdiyi məhsulun dəyərini asanlıqla ödəmək imkanı əldə edəcəkdir. Sayt vasitəsilə ödəniş zamanı ödənilən məbləğ sahibkarın hesabına mədaxil olunur.
Onu da qeyd edək ki, daxil olan vəsaitin sahibkarın “Boss Card” biznes kartına köçürülməsi mümkündür. Bu kartlar bankın biznes müştərilərinə 36 ay müddətinə tam ödənişsiz təqdim olunur.
Həmçinin, xidmətdən faydalanan ticarət sahibləri Bank BTB-nin əməkdaşları tərəfindən xidmətin aktivləşdirilməsi, ödənişsiz konsultasiya, 7/24 internet bankçılıq və digər xidmətlərdən istifadə edə biləcəklər.
Bunlarla yanaşı, gələcəkdə e-commerce, POS və digər dövriyyələrə uyğun sahibkarlara fərdi qaydada kredit limitləri də ayrıla bilər.
Onlayn ticarətin əhəmiyyətinin artdığı bir zamanda öz satışını artırmaq istəyən, ticarətini böyütmək istəyən hər kəs ödənişsiz təklif olunan e-commerce xidmətlərindən aşağıdakı kanallar vasitəsilə ətraflı məlumat almaqla qoşula bilər. Bunun üçün Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat sonra
- 5 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
11 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 30 d. əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
