Bənzəri görünməmiş böhran xəbərdarlığı edildi
Beynəlxalq kredit reytinqi şirkəti Fitch Ratings, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq "bənzəri görünməmiş" bir qlobal böhran gözlənildiyini açıqlayıb.
Marja xəbər verir ki, Fitch Ratings qlobal iqtisadiyyatın bu il 3,9% azalacağını nəzərdə tutur.
Fitch Ratings tərəfindən üçüncü dəfə yenilənən Qlobal İqtisadi Proqnozlar hesabatında, Kovid-19 pandemiyasına qarşı həyata keçirilən təcrid tədbirlərinin uzanması və gələn məlumatlar əsas götürülərək qlobal iqtisadi artım təxminlərində dəyişikliyə gedildiyi qeyd edilib.
Hesabatda, qlobal iqtisadiyyatın 2020-ci ildə 3,9% azalmasının nəzərdə tutulduğu və "bənzəri görünməmiş" bir böhran gözlənildiyi bildirilib.
Fitch, 2 Apreldə yaydığı bir əvvəlki hesabatında, dünya iqtisadiyyatının bu il 1,9% azalacağını təxmin etmişdi.
2,8 TRİLYON DOLLARLIQ AZALMA
3,9% azalmanın qlobal gəlir səviyyəsində 2020-ci ildə bir əvvəlki ilə nisbətən 2,8 trilyon dollarlıq bir azalma mənasını verdiyinə işarə edilən hesabatda, qlobal iqtisadiyyatın 2021-ci ildə isə 5% artacağının gözlənildiyi qeyd edilib.
Hesabatda, Avro Bölgəsi iqtisadiyyatının bu il 7% azalmasının, 2021-ci ildə isə 4,3% artmasının nəzərdə tutulduğu qeyd edilib.
Avropanın qabaqcıl iqtisadiyyatlarından Almaniyanın 6,2%, İtaliyanın 8%, Fransanın 7%, İspaniyanın 7,5%, Böyük Britaniyanın isə 6,3% azalmasının gözlənildiyi bildirilib.
Heç bir ölkə və ya bölgənin Kovid-19 epidemiyasının dağıdıcı iqtisadi təsirlərindən qaça bilmədiyinə diqqət çəkilən hesabatda, ABŞ iqtisadiyyatının da bu il 5,6% azalacağı, 2021-də 4,3% artacağı nəzərdə tutulur.
Hesabatda, Çin iqtisadiyyatının bu il 0,7%, 2021-də isə 7,9% artacağının gözlənildiyi qeyd edilib.
Fitch-in hesabatında, Yaponiya iqtisadiyyatının bu il 5% azalması, 2021-də isə 3,2% artması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






