Azərbaycan bankı xalis mənfəətinin 2 dəfə artdığını açıqladı
“Naxçıvanbank” ASC 2020-ci ilin ilk rübünü 2 milyon 177 min manat xalis ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 117 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti təxminən 2 dəfə artıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 3 milyon 973 min manat, cəmi xərcləri isə 1 milyon 796 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin Yanvar-Mart dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 2 milyon 219 min manat, cəmi xərcləri 1 milyon 101 min manat təşkil etmişdi.
Ötən ilin ilk rübündə 1 milyon 511 min manat təşkil etmiş faiz gəlirləri, 2020-ci ilin ilk rübündə 2 milyon 695 min manat olub. Qeyri-faiz gəlirləri isə 708 min manatdan 1 milyon 279 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
01.04.2020-ci il tarixinə “Naxçıvanbank” 104 milyon 138 min manat kredit portfelinə malik olub. Ötən ilin eyni tarixində Bankın kredit portfeli 68 milyon 727 min manat, 2019-cu ilin sonunda isə 92 milyon 946 min manat təşkil etmişdi.
01.04.2020-ci il tarixində “Naxçıvanbank” 79 milyon 687 min manat məcmu kapitala malik olub.
11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərən “Naxçıvanbank”ASC Azərbaycan Respublikasının ilk regional bankıdır. Bankın baş ofisi Naxçıvan şəhərində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








