"Neft bazarları üçün "Qara Aprel" ola bilər"
Xəbər verdiyimiz kimi, OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələr keçən həftə gündəlik xam neft istehsal miqdarlarını İyun sonuna qədər 10 milyon barel azaltmaq barədə razılaşıblar.
Beynəlxalq Enerji Agentliyinin sədri Fateh Birol hasilatın azaldılması razılaşmasının problemi tam həll etməsə də daha da pisə gedişə əngəl törətdiyini söyləyib. Birol Aprel ayının neft bazarları üçün "Qara Aprel" ola biləcəyi xəbərdarlığını edib.
Marja xəbər verir ki, Birol, "Qarşıdakı 2 həftə çətin keçəcək, bu səhər yaydığımız hesabatda da ifadə etdiyimiz kimi Aprel ayı neft bazarları baxımından "Qara Aprel" ola bilər. Çünki bu ay tələbin gündəlik 29 milyon barel rekord azalma qeyd edəcəyini düşünürük. 2020-ci il üzrə cəmi 9 milyon barel azalma ola bilər. Gələcək 2 həftədə qiymətlərdə aşağı istiqamətli təzyiq davam edə bilər",- deyib.
İlin 2-ci yarısından sonra toparlanma ola biləcəyini deyən Birol, "Amma bunun üçün OPEC və G20 yığıncağında qəbul edilən qərarlar tətbiq olunmalı, koronavirusun təsiri zəifləməlidir. Əgər bunlar olsa ilin 2-ci yarısında rahatlaşma görə bilərik" deyib.
"İL BOYUNCA TƏLƏBDƏ AŞAĞI İSTİQAMƏTLİ TƏZYİQ DAVAM EDƏCƏK"
Bu ankı neft qiymətinin strateji ehtiyat yığmaq üçün çox əlverişli olduğunu ifadə edən Birol 4 ölkənin strateji ehtiyatlarını artırdığını, digər ölkələrin də bunu təqib edə biləcəyini söyləyib. Birol "Qiymətlər rekord aşağı səviyyədə ikən fürsətdən istifdə olunur" deyib.
Birol "Qarşıdakı bir neçə həftənin hələ neft bazarları üçün çətin keçəcəyini düşünürəm, ilin ikinci yarısından etibarən iqtisadi fəaliyyətlərdə canlanma olsa və virusla mübarizədə müvəffəqiyyət qazanılsa qiymətlərdə yüngül canlanma görə bilərik, amma bütün il boyunca tələbdə aşağı basqının davam edəcəyini düşünürük" şərhini edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























