Azərbaycanda sənaye 1%-dən az artıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23 faiz artmışdır.
Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 3,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz, əczaçılıq məhsullarının istehsalı 36,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,0 faiz, tütün məmulatlarının istehsalı 28,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,0 faiz, poliqrafiya məhsullarının istehsalı 20,2 faiz, kağız və karton istehsalı 20,2 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, mebel istehsalı 14,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz, geyim istehsalı 10,0 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, qida məhsullarının istehsalı 5,3 faiz, hazır metal məmulatlarının istehsalı 2,7 faiz artmış, tikinti materiallarının istehsalı 14,8 faiz, maşın və avadanlıqların istehsalı 16,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
31 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
40 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 42 d. əvvəl
-
52 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib





















