Hesab.az və Visa-dan daha bir uğurlu kampaniya!
(®️) Ödəniş sahəsi üzrə rəqabətin kəskin olduğu bir şəraitdə Goldenpay/Hesab.az rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarmışdır. İstər ödənişlərin rahatlığı, təhlükəsizliyi, sürətliliyi baxımından istərsə də, həyata keçirdikləri müxtəlif faydalı kampaniyalar ilə daim istifadəçilərin yüksək rəğbət və təqdirini qazanmışdır.
Aprelin 1-dən etibarən Visa və Hesab.az-ın birgə əməkdaşlığı əsasında başladılan kampaniya yüksək istifadəçi marağı, fəallığı sayəsində 15 Aprel tarixində nəzərdə tutulan 2000 nəfər qalibin tamamlanması ilə 11 Aprel tarxində başa çatdı.
Məlumat üçün qeyd edək ki, kampaniyada Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər iştirak eə bilərdilər. Belə ki, 150 AZN və yuxarı bütün ödənişlərini( Bank, sığorta, bilet alışı istisna olmaqla) istənilən Visa kart ilə ödəyən ilk 2000 nəfər dəyərli hədiyyə qazandılar.
Qeyd edək ki, Visa ilə Hesab.az əməkdaşlığı iki ay ərzində mərhələli şəkildə olmaqla davam edəcək. Aprel ayında başlayan ilkin mərhələdən sonra ikinci mərhələnin May ayında reallaşmağıı nəzərdə tutulur. Həm fərqli, həm də yenə də qazandıracaq kampaniyada yüksək istifadəçi fəallığı olmağı gözlənilir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















