"İctimai nəqliyyatda məhdudiyyətlər nəzərdən keçirilir"
"Ola bilsin ki, sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın"İctimai nəqliyyatda məhdudiyyətlərin tətbiqi məsələsi nəzərdən keçirilir.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırkı epidemioloji vəziyyət və hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlanaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib: “Bu fəaliyyət planları ilə bağlı Operativ Qərargahın qərarı necə olacaqsa, ona uyğun da işlər həyata keçiriləcək. Hazırda həyati vacib fəaliyyət göstərməli olan obyektlərin, xüsusilə də ərzaq mağazaları və apteklərin gündəlik nə qədər işçisinin işə getdiyini araşdırırıq. Buna uyğun olaraq, ola bilsin ki, 24 saat fəaliyyət göstərən ekspress xətlər fəaliyyətə başlasın və ya sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bütün bunlar Operativ Qərargahın yekun qərarından asılı olacaq”.
Karantin dövründə nəqliyyat axınında 30% azalma müşahidə edilib
Mais Ağayev bildirib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 43 küçə və prospektdə 01-09.04.2020 tarixlərini əhatə edən araşdırmalarına əsasən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən tədbirlərlə əlaqədar küçə və prospektlərdə nəqliyyat axınında təxminən 30% azalma müşahidə edilib.
Onun sözlərinə görə, xarici ölkə şəhərlərinin təcrübəsində isə xüsusi karantin günlərində yollarda nəqliyyat axını ilə bağlı azalma ən az 60-70% təşkil edir:
“Göstərilən müddət ərzində ən böyük azalma aprelin 5-də, ən böyük artım isə aprelin 1-də qeydə alınıb. Son iki gündə - yəni, aprelin 8 və 9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur”.
APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)







.jpg)



