Yelo Bank fiziki məhdudiyyəti olan sahibkarları təmənnasız dəstəklədi
®️Yelo Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma qoşuldu.
Sənədə əsasən, nazirlik, Mərkəzi Bank və ABA həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi üçün əməkdaşlıq edəcəklər.
Beləliklə, Yelo Bank öz biznesinin yaradılması üçün üç aztəminatlı ailəyə təmənnasız olaraq müxtəlif avadanlıqlar verir. Tikiş avadanlıqlarını paytaxtın Yasamal rayonunun sakini İranə Vəliyeva və Bərdə şəhərindən Vəzifə İsbəndiyarova alacaq. Göygöl rayonunun sakini Nəcəf Hüseynova isə mebel kəsimi üçün avadanlıq təqdim ediləcək.
Onlar xüsusi karantin rejimi başa çatdıqdan sonra fəaliyyətə başlayacaqlar.
Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib ki, hər üç tərəfdaşın fiziki məhdudiyyətinin olması layihəyə xüsusi dəyər qatır: "Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru ayrılmazdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 52 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















