“AS Qrup İnvestment” və onun törəmələri talassemiyalı uşaqlara dəstək oldular
“AS Qrup İnvestment” və onun törəmə şirkətləri karantin vaxtı donor azlığından əziyyət çəkən talassemiyalı uşaqlara dəstək oldularBütün dünyanı bürüyən COVİD-19 qlobal pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Və məlumdur ki, məhz bu problemlə mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə hazırda respublikamızda ciddi karantin rejimi tətbiq edilib.
Virusdan qorunmaq üçün insanların daha çox evlərində qalmağa üstünlük vermələri virusa yoluxma hallarının azalması üçün vacib şərt olsa da, bu digər tərəfdən minlərlə talassemiyalı uşağa donor dəstəyinin ciddi şəkildə azalmasına səbəb olub. Məhz bu şəraitdə “AS Qrup İnvestment” və onun törəmə şirkətləri xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla öz əməkdaşlarının timsalında Mərkəzi Qan Bankında donor qismində çıxış edib. Şirkət əməkdaşları könüllülük əsasında qan verməklə talassemiyalı uşaqlara dəstək olublar. Bu çətin günlərimizdə qan çatışmazlığından əziyyət çəkən minlərlər uşaq üçün hər bir donor onu həyata bağlayan bir ümid sayılır.
Qeyd edək ki, Mərkəzi Qan Bankında qan vermək istəyən şəxslərin COVİD-19 virusundan qorumaq məqsədilə lazım olan bütün tələblərə əməl edilir. Donor olmaq istəyən şəxslər yalnız bütün lazımi yoxlamalardan keçdikdən sonra qan verə bilirlər.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Qrup İnvestment” şirkəti regionun aparıcı developerlərindən biridir. Fəaliyyət göstərdiyi illər ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.
“AS Qrup İnvestment” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq oradan ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 51 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























