PAŞA Bank regionlarda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləyir
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.
Ölkənin ən iri korporativ bankı olaraq PAŞA Bank Memoranduma əsasən regionlarda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə öz dəstəyini göstərir.
Belə ki, Azərbaycanın Gəncə-Kəpəz, Goranboy, Mingəçevir, Qax, Quba, Qusar, Samux, Şabran və Şəki rayonlarında məskunlaşan bir sıra məcburi köçkün və ya əlillik dərəcəsi olan vətəndaşlar öz bizneslərini qurmaq və idarə etmək üçün Bank tərəfindən biznes sahəsinə uyğun olaraq alınmış vasitələr və avadanlıqlarla təmin edilmişdir.
Qeyd etmək lazımdır ki, PAŞA Bank tərəfindən göstərilən dəstək adı çəkilmiş regionlarda fəaliyyətə başlayacaq sahibkarlara mövcud böhrandan sonrakı dövrdə də uzun müddət ərzində bizneslərini inkişaf etdirməyə imkan yaradacaq.
Bu təşəbbüs haqqında söz edərkən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, “Dayanıqlı inkişafın təminatı üçün atılan addımlar çərçivəsində əhalinin həssas qrupları üçün özünəməşgulluq imkanlarının yaradılmasının böyük rolu var. Bank icması olaraq biz də birgə səylərimizlə bu qrupdan olan hörmətli vətəndaşlarımızı biznesə qazandıraraq, onların öz ailələrinə, yaşadıqları cəmiyyətə və ölkəyə verimliliklərinin artırılmasına vəsilə oluruq. PAŞA Bank olaraq biz bu tip təşəbbüslərə dəstək verməyə hər zaman hazırıq”, deyə bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 52 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















