Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi
Bank Respublika, ölkə başçısı İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.
Belə ki, Bank bu məqsədlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulmuşdur.
Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material, avadanlıq və digər əmlakları təqdim etmişdir.
“Bank Respublika, Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük məmnuniyyətlə dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük önəm vermişdir. Biz inanırıq ki, proqramın iştirakçıları verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə biləcəklər. Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsinə yardımçı olacaq”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 51 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















