Kiçik biznesin Brandonline ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza!
(®) Əl işi müəllif aksesuarlarını təqdim edən "ELFF" Azərbaycan brendi yaxın zamanlarda Brandonline texnologiyası sayəsində bir neçə dəqiqə ərzində sifarişləri yerləşdirmək fürsəti ilə paytaxtımızın dəbsevərlərini sevindirəcək.
"ELFF" kolleksiyasında müxtəlif növ aksesuarlar mövcuddur – üzüklər, sırğalar, saç bəzəkləri. Bu işlərin hər biri unikaldır və müəllifin öz işinə olan sonsuz sevgisi ilə hazırlanıb, amma broşlara dizayner tərəfindən xüsusi yer ayrılıb. İstənilən forma və ölçüdə, parçadan, muncuqlardan, qarışıq texnikada hazırlanan bu aksesurların sayı hədsizdir. Bəzəklərin əksər hissəsi dizaynerin öz ideyaları əsasında düzəldilir, lakin onların bir hissəsi fərdi sifarişlərdən ibarətdir.
Brendin təsisçisi Elnarə Mirsəlimovanın sözlərinə görə, müştərilər tərəfindən tez-tez verilən suallar hər zaman aksesuarların çeşidi və mövcudluğu, habelə işlərin nümunələrinə aid olurdu. Olayn-mağazanın yaradılması da uzun zamandır gözlənilən hadisədir, çünki indi bütün aksesuarlar çeşidləri qiymətləri, məlumatları və nağdsız ödəniş imkanı ilə vahid platformada toplanacaqdır.
“Adi köynək və ya cins şalvar aldığımızda biz adətən aksesuarlarin geyim qədər qarderobumuzun bazasını təşkil etdiyini unuduruq. Sadə gündəlik görünüşümüzə bir vurğu əlavə etdiyimizdə o, artıq darıxdırıcı görsənmir! Onlayn tətbiqlərin işə salınmasına çox az vaxtın qalmasına baxmayaraq, biz rənglər çələngi və maraqlı dizayner həllərimizi sizinlə paylaşmağa səbrsizlənirik. Cubics şirkətinin işçi heyətinə bu cür düzgün və dəqiq təşkil olunmuş işi sayəsində əldə etdiyim fürsətə görə minnətdarlığımı bildirirəm!” – deyə Elnarə xanım əlavə etdi.
Brandonline texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az vebsaytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























