“Baku Electronics” müştərilərin kredit ödənişlərinə möhlət elan edir
(®) Azərbaycanın ən böyük elektronika mağazaları şəbəkələrindən biri olan “Baku Electronics” karantin rejimi ilə əlaqədar olaraq bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün bir aylıq güzəşt müddəti etdiyini elan edib.
Şirkət rəhbərliyinin bildirdiyi məlumata görə, bu addımı atmaqda məqsəd əhalinin evdə qalmasına çağırış etməkdir.
Belə ki, karantin müddətində ödəniş edə bilməyən müştərilərə gecikmə və ya hər hansı bir cərimə tətbiq olunmayacaq. Əksinə, bütün müştərilərə ödəniş üçün əlavə bir ay müddət veriləcək.
Qeyd edək ki, 29 martdan etibarən mağazaların işinə müvəqqəti fasilə verilməsinə baxmayaraq Baku Electronics-in onlayn şöbəsi – www.bakuelectronics.az saytı fasiləsiz olaraq gücləndirilmiş rejimdə işini davam etdirəcək. Sayt vasitəsilə alınan məhsullar Bakı ilə yanaşı Sumqayıt, Xırdalan, Gəncə Şəmkir, Minqəçevir, İsmayıllı, Şəki, Bərdə, Lənkəran, Quba və Xaçmaz şəhərlərinə pulsuz çatdırılacaq.
Qeyd edək ki, 25 illiyini qeyd etmiş “Baku Electronics” şirkətinin bütün Azərbaycan boyunca 20 mağazası fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























