Bank sədri "Yaxın günlərdə Mərkəzi Bankın qərarı gözlənilir"
“Azərbaycanda 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə qalma müddətini uzatmağa ehtiyac yoxdur”.
Bunu “VTB Bank”ın (Azərbaycan) İdarə Heyətinin sədri Yevgeni Kirin bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Yaxın günlərdə Azərbaycan Mərkəzi Bankının bununla bağlı qərarı gözlənilir”, - o bildirib.
Qeyd edək ki, qanunun qüvvədə qalma müddəti uzadılmasa, bundan sonra ölkədə yalnız 30 min manata qədər əmanətlər sığortalı olacaq (manatla yerləşdirilmiş əmanətlərinin illik faiz dərəcəsinin 10%-dən, ABŞ dolları ilə yerləşdirilmiş əmanətlərin isə illik faiz dərəcəsinin 2,5%-dən çox olmaması şərtdir). Başqa sözlə, 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minəcək.
Bank rəhbəri bu sığorta məbləğinin əmanətlərin böyük hissəsini əhatə etdiyini və bu səbəbdən bu gün üçün məqbul olduğunu düşünür. “Bu mexanizmə qayıdış bu gün banklar üçün əsas resurs bazası olan əmanətlər üzrə faiz dərəcələrinin artımını məhdudlaşdıracaq, yəni kreditlər üzrə faiz dərəcələrinin azalmasına nail olmaq mümkün olacaq”, - Y.Kirin söyləyib.
Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.
Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb.
Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. Məsələn, bu il fevralın 1-nə bu rəqəm 8,6 milyard manat təşkil edib. Azalmaya səbəb “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin yenidən uzadılmayacağı barədə gözləntilərdir. Məsələ ondadır ki, qanunla bağlı qərar verməli olan Azərbaycan parlamenti ötən ilin noyabr ayında buraxılıb və ölkədə növbədənkənar seçkilər keçirilib. Yeni tərkibli parlamentin isə yaxın günlərdə işə başlaması gözlənilmir.
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)






.jpg)





