Koronavirus üçün 12 milyard dollarlıq maliyyə paketi
Dünya Bankı Qrupu, yeni növ koronavirus (Kovid-19) epidemiyasının tibbi və iqtisadi təsirlərilə mübarizə aparan ölkələrə yardım etmək məqsədilə təxminən 12 milyard dollarlıq başlanğıc paketini istifadəyə verəcək.
Marja xəbər verir ki, Dünya Bankından verilən məlumata görə, söz mövzusu maliyyə vəsaiti, üzv ölkələrin Kovid-19 epidemiyasına təsirli cavab verə bilmələri və epidemiyanın təsirlərinin yüngülləşdirilməsi məqsədilə hazırlanıb.
Bankın açıqlamasında, "Kovid-19, 60-dan çox ölkəyə yayıldığı üçün Dünya Bankı Qrupu, qlobal epidemiyanın tibbi və iqtisadi təsirlərilə mübarizə aparan ölkələrə təcili dəstək məqsədilə təxminən 12 milyard dollarlıq başlanğıc paketini istifadəyə təqdim edəcək",- deyilir.
Bankın səhiyyə sistemlərinin gücləndirilməsi üçün inkişaf etməkdə olan ölkələrə kömək edəcəyi qeyd edilən açıqlamada, epidemiyanın iqtisadi təsirlərinin azaldılması üçün də özəl sektorla çalışılacağı vurğulanıb.
ÖLKƏLƏRƏ AŞAĞI FAİZLƏ KREDİTLƏR VERİLƏCƏK
Açıqlamada, maliyyə paketi daxilində, Beynəlxalq İnkişaf Birliyi (IDA) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vasitəsilə aşağı və orta gəlirli ölkələrə aşağı faizli kreditlərin təmin ediləcəyi, qrupun özəl sektordakı qolu olan Beynəlxalq Maliyyə Təşkilatı (IFC) vasitəsilə isə iş mühitinin davamlılığı üçün lazım olan dəstəyin təqdim ediləcəyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





