Azər Türk Bank “Bahar kampaniyası”na başlayır
(®) Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank 8 Mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı və 28 May Respublika Günü münasibətilə yeni kampaniyaya — “Bahar kampaniyası”na start verir.
2 mart - 29 may tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 3 aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.
Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Qeyd edək ki, 37- 48 ayadək müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarırıq (cashback).
2 - 6 mart tarixləri ərzində xanım müştərilərdən, 26 - 29 may tarixləri arası isə bayramlar münaibətilə bütün müştərilərdən, İstehlak krediti rəsmiləşdirildikdə, komissiya tutulmayacaqdır.
Kampaniya ərzində güzəşt müddəti olan və güzəşt müddəti olmayan kredit xətti əldə edən müştərilərə, kreditin müddətinə uyğun olaraq MC Gold və ya VISA Gold kartları hədiyyə ediləcək.
“Bahar kampaniyası”nda plastik kartların əldə edilməsində də güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Kampaniya müddətində debet kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.
Eləcə də 2 - 6 mart tarixlərində kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə 3 illik MC Gold və ya VISA Gold debet kartı hədiyyə ediləcəkdir.
26 - 29 may tarixləri ərzində kart sahibi olmaq istəyən bütün müştərilərə 28 May Respublika Günü münasibətilə Bank tərəfindən 3 illik MC Gold və ya VISA Gold debet kartı pulsuz veriləcəkdir.
Kart əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar.
Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 24 d. əvvəl
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 46 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)





