"Azərbaycan 2020-də Ukraynaya 2 milyard dollaradək investisiya yatıra bilər"
2020-ci ildə Azərbaycan tərəfindən Ukraynaya investisiya qoyuluşları 1,5-2 milyard dollar təşkil edə bilər.
Bu sözləri Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.
“Biz investisiya qoyuluşlarının həcmini 1,5-2 milyard dollaradək artırmaq istəyirik. Və indi bunu iki Ticarət evimiz vasitəsilə etmək niyyətindəyik – bunlar Ukrayna və Azərbaycanın biznes dairələrinin toplaşaraq lazımlı və konkret məsələləri müzakirə etdikləri yaxşı meydançalar və iqtisadi imkanlardır”, - deyə o, Ukraynanın “Ukrinform” agentliyinə müsahibəsində bildirib.
Səfir, həmçinin qeyd edib ki, artıq ukraynalı tərəfdaşlar arasında bu və ya digər ərazidə daha çox birgə müəssisənin yaradılması haqqında razılaşmalar əldə edilib.
“Biz bura investisiya qoymaq niyyətindəyik. Bu səbəbdən bu yaxınlarda iqtisadiyyat nazirimizlə danışdım. O, Ukrayna, Belarus və Moldovaya səfərlər edəcək. Prezidentimiz bu regionda iqtisadi mövqelərimizi gücləndirməklə bağlı göstəriş verib”, - deyə A.Xudiyev əlavə edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 30 d. əvvəl
-
-
33 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
55 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















