“FINCA Azerbaijan” Balakən və Tovuz filiallarının rəsmi açılışını etdi
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakən və Tovuz filiallarının rəsmi açılışını edərək xidmət şəbəkəsinin sayını 16-ya çatdırıb.
Balakən şəhərində keçirilən rəsmi açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib.
Açılış mərasimində çıxış edən Timoti Tarrant bildirib ki, “FINCA Azerbaijan” regionlarda kiçik sahibkarların maliyyəyə çıxış imkanlarını daha da əlçatan etmək məqsədi ilə bölgələrdə fəaliyyətini genişləndirir. Onun sözlərinə görə, yeni filial Balakən ilə yanaşı, Zaqatala, Qax və Şəkidən olan müştərilərə də müxtəlif kredit məhsulları ilə maliyyə xidmətləri göstərməyə imkan verəcək.
“Biz hesab edirik ki, dayanıqlı inkişaf üçün regionlarda yaşayan insanların maliyyəyə çıxış imkanlarının olması çox vacibdir. Bunun üçün FINCA işini irəli aparmaq istəyən kiçik sahibkarlara müxtəlif kredit məhsulları təqdim edir. Məqsədimiz Azərbaycanın bölgələrində insanların maliyyə dayanıqlılğını təmin etməkdir”,-deyə təşkilatın direktoru Timoti Tarrant deyib.
FINCA-nın yeni ofisi Balakən şəhəri, M.Əsədov küçəsi 3 A ünvanında fəaliyyət göstərir.
Həmçinin, FINCA Tovuz filialının da rəsmi açılışını həyata keçirib. Yeni filial Tovuz şəhəri Heydər Əliyev prosketi 30 ünvanında, avtovağzalın qarşısında yerləşir. Tovuz, Ağstafa və Qazaxdan olan kiçik sahibkarlar ehtiyac duyduqları maliyyəni əldə etmək üçün bu filiala müraciət edə bilərlər.
Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfati üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa müştərilər www.finca.az saytı vasitəsi ilə kredit üçün onlayn qaydada müraciət edə bilərlər.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 30 d. əvvəl
-
-
33 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
55 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















