Bank Respublika rəqəmsal bankçılığın inkişafı istiqamətində mühüm addım atıb
(®) Fevralın 12-də Bakıda “Visa” beynəlxalq kart təşkilatının, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Driving the Future” mövzusunda “Visa Cashless Forum” keçirilib.
Qafqazda ilk dəfə olaraq keçirilən forumda müasir ödəniş sistemini yaradan amillər, innovasiyalı ödəniş variantları, bank sektorunun gələcəyi, rəqəmsal bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişlərin təşviqi və s. mövzular müzakirə edilib.
Forumda iştirakçılar tərəfindən ən çox maraqla qarşılanan mövzulardan biri isə, ölkəmizdə ilk dəfə olaraq Bank Respublika tərəfindən təqdim edilən “Open Banking” layihəsi olub. Bu layihə çərçivəsində bankda hal-hazırda mövcud olan 12 ədəd Open API vasitəsilə developerlər, bank müştəriləri üçün yaratdıqları müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlərini müştərilərin bank məlumatları ilə təmin edə bilər. Nəticə etibarilə müştərilər sadəcə bir bank əlavəsindən deyil müxtəlif funksiyalı əlavələrdən yararlanaraq öz bank təcrübələrini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıra biləcəklər.
Open Banking yanaşmasının Azərbaycan bazarı üçün yeni olduğundan, Bank ötən ilin sonunda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə olaraq OpenBanking Lab pilot layihəsinə start vermişdir. 16 həftə davam edən layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim etdillər. Fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test (SandBox) rejimində olan Open API interfeysi təqdim edilmişdir.
Forumda həmçinin Akhundoff Networks şirkəti ilə əməkdaşlıq nəticəsində Portamanat.az saytında pilot formatda hazırlanmıs Open API-ların praktik tətbiqi nümayiş etdirilmişdir.
Forumun Rəqəmsal dövrdə bank biznes modeli panelində çıxış edən “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirib: “İlk öncə mən Visa şirkətinə və müzakirə iştirakçılarına bu mövzuya xüsusi diqqətə qörə təşəkkür edirəm. Bank Respublika Open Bankinq yanaşmasının əsasında olan Bank-as-a-Service modelinin tətbiqini bank sektorunda qabaqcıl təcrübə olacağına inanır. Bu səbəbdən biz ölkədə ilk olaraq ideyalar, həllər və qarşılıqlı əlaqələrə əsaslanan Open Banking yanaşmasını tətbiq edirik. Əminəm ki, bu layihə fintex-şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişlədirərək ölkədə bank sektorunun rəqəmsal transformasiyasına təkan verəcəkdir".
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
29 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















