Azərbaycanda nazir müavini hibrid avtomobildən istifadə edir
Azərbaycanda atmosfer havasına atılan zərərli maddələrin böyük bir hissəsi avtonəqliyyatın payına düşür və bu səbəbdən də köhnə avtoparkın yenilənməsi, elektromobil və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev elektromobil və hibrid avtomobillərinin istifadəsinin təşviqi mövzusunda görüşdə deyib.
O, nazirliyin hibrid avtomobillərin istifadəsinə üstünlük verdiyini, hazırda öz xidməti avtomobilinin də hibrid olduğunu diqqətə çatdırıb və avtomobilin ekoloji cəhətdən təmizliyi ilə yanaşı, az yanacaq sərfiyyatı ilə büdcə vəsaitinə də qənaət edildiyini bildirib.
Görüşdə Azərbaycanda köhnə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, hibrid avtomobillərin istifadəsi ilə havaya atılan zərərli tullantıların həcmini azaltmaqla ölkənin ekoloji durumunu yaxşılaşdırmağın mümkünlüyü qeyd olunub.
Dünyanın bir çox ölkələrində elektrik və hibrid avtomobillərinin daha əlçatan olması üçün genişmiqyaslı strategiyaların həyata keçirildiyi, bu avtomobillərin alıcılarına və satıcılarına müxtəlif tipli güzəştlərin tətbiq edildiyi və belə təşviqedici addımların yaxşı nəticələr verdiyi barədə fikir mübadiləsi aparılıb. Ölkəmizdə də elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin daha da sürətlənməsinin vacibliyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)
















