"Gübrə satan şirkətlərin sayı çoxalıb, ümid edirik ki, qiymətlər düşəcək"
"2019-cu ildə fermerlər tərəfindən təqribən 100 min tona yaxın azot gübrəsi istifadə edilib".
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev gübrə, toxum, pestisid təchizatçıları ilə görüşdə jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, 2020-ci ildə özəl sektorda fəaliyyət göstərən gübrə satan şirkətlərin sayı çoxalıb: "Aqrar Xidmətlər Agentliyi olaraq biz onların qeydiyyatını yeni təchizatçılar portalında qeydiyyatdan keçirmişik. Fevralın ortalarından başlayaraq, fermerlərin kartlarına ödənişlər həyata keçirildikdən sonra gübrə təchizatçıları fermerlərə satış həyata keçirəcəklər. Fermerlər də onlara verilmiş fermer kartı vasitəsilə subsidiyalardan istifadə edəcəklər. Ümid edirik ki, prosesin özü gübrə bazarında qiymətin düşməsinə gətirəcək, bu proseslərdə qazanan tərəf fermerlər olacaq. Bu, həmçinin sağlam rəqabət mühitinin yaranmasına səbəb olacaq və bu proseslərin təmin edilməsində Kənd Təsərrüfatı Nazirliyi fermerlərin yanında olacaq ki, şirkətlər süni qiymət artımına yol verməsinlər".
S.Mövlayev xatırladıb ki, "Aqrolizinq" ASC tərəfindən kifayət qədər gübrə gətirilirdi. Bu bazarın daha da təkmilləşdirilməsi və özəl sektorun canlanması üçün "Aqrolizinq" müəyyən güzəştlər etdi. ASC gübrə bazarının 80 faizinə qədərini təmin edirdi. "Aqrolizinq" Kənd Təsərrüfatı naziri İnam Kərimov tərəfindən tapşırıq aldıqdan sonra gübrə təchizatlarını azaltmışdılar ki, özəl sektorda fəaliyyət göstərən gübrə təchizatları bu sahədə fəaliyyətlərini genişləndirsinlər".
Xatırladaq ki, hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 83-dən artıq gübrə və pestisid təchizatçısı, 250-dən çox toxumçu qeydiyyatdan keçib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


















.jpg)





