Azərbaycanda "İnstagram"ın bazar payında böyük artım
Bu ilin yanvar ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 2019-cu ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz bəndi artıb.
"Global Stats" statistika mərkəzinin məlumatına görə, fevralın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 38,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,47 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "İnstagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı yanvar ayı ərzində 3,17 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevralın 1-nə 19,8% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 13 faiz bəndi çoxdur.
Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,46 faiz bəndi artıb. Fevralın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 16,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Twitter" – 13,26, "YouTube" – 8,95%, "VKontakte" – 0,79% və s.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









