“Azər-Türk Bank”ın mənfəəti "kreditlər ilə" kəskin artıb
“Azər-Türk Bank” ASC 2019-cu ili 603 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 3,6 dəfə artıb. “Azər-Türk Bank” 2018-ci ili 169 manat xalis mənfəət ilə başa vurmuşdu. Qeyd edək ki, Bankın xalis mənfəətinin artması müştərilərə verilən kreditlərin və müvafiq olaraq müştərilərə verilmiş kreditlərdən daxil olan faiz gəlirlərinin artmasından qaynaqlanır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Azər-Türk Bank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 32 milyon 182 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 29 milyon 634 min manat təşkil edib. Bankın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 2 milyon 548 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 1 milyon 494 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyata ayırıb və 451 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Azər-Türk Bank” ASC 2019-cu ili 603 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Azər-Türk Bank”ın cəmi gəlirləri 28 milyon 757 min manat, cəmi xərcləri 29 milyon 919 min manat təşkil etmişdi. Bankın xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 162 min manat əməliyyat zərəri yaranmışdı. Lakin əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılmış xüsusi ehtiyatdan 1 milyon 441 min manatın azad olması həm əməliyyat zərərini bağlamışdı, həm də Bankın 279 min manat mənfəəti qalmışdı. 110 min manat mənfəət vergisi ödədikdən sonra “Azər-Türk Bank” 2018-ci ili 169 manat xalis mənfəət ilə başa vurmuşdu.
“Azər-Türk Bank”ın 2018-ci ildə faiz gəlirləri 17 milyon 932 min manat ikən, 2019-cu ildə 21 milyon 887 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlərdən daxil olan faiz gəlirləri daha çox artıb. Müştərilərə verilmiş kreditlərdən daxil olan faiz gəliri 3 milyon 714 min maant və ya 28,7% artaraq 16 milyon 624 manata qalxıb. Ötən il Bankın qeyri-faiz gəlirləri isə təxminən 2018-ci il səviyyəsində olub.
Müştərilərə verilmiş kreditlərdən daxil olan faiz gəlirlərinni artması təsadüfi deyil. Ötən il “Azər-Türk Bank”ın müştərilərə verdiyi kreditlər 11 milyon 114 min manat və ya 6,3% artaraq 186 milyon 513 min manata yüksəlib. Xalis kreditlər 164 milyon 937 min manatdan 178 milyon 395 min manata çatıb.
31 Dekabr 2019-cu il tarixində “Azər-Türk Bank” 50 milyon 324 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






