"Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir”
“Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir”.
Bu fikirləri Xəzər Həftəsi Təşkilat Komitəsinin sədri Murat Seitnepesov Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı bildirib.
O deyib ki, “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması" İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində artıq 4-cü ildir keçirilir:
"Bu il platformamızda əsasən Böyük Xəzər regionunda nəqliyyat dəhlizləri müzakirə ediləcək. Bu məsələdə Azərbaycan və Gürcüstanın rolu olduqca böyükdür. İki dəhliz Azərbaycan və Gürcüstandan keçir ki, bunlar dünya bazarına Böyük Xəzər regionundan və eyni zamanda dünya bazarından bu regiona yüklərin nəqlini həyata keçirmək potensialı olan əsas dəhlizlərdir. Bu il platformamızda müzakirə olunacaq əsas mövzulardan biri də Trans-Xəzər qaz kəməridir. Platformada Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya və digər ölkələrdən gələn ekspertlər iştirak edəcəklər. Onlar qeyri-rəsmi formada keçirilən müzakirələrdə öz rəy və fikirlərini, tövsiyə və təkliflərini verəcəklər”.
Murat Seitnepesov Böyük Xəzər regionunun dünya iqtisadiyyatının inkişafında aparıcı rol oynayan ərazi olduğunu bildirib:
“Böyük Xəzər regionu yalnız beş Xəzəryanı ölkəni əhatə etmir. Bura Xəzər və Qara dəniz ətrafında yerləşən ölkələr, Çindən başlayaraq Əfqanıstan, Pakistan, Türkiyə də daxildir. Bu region 500 milyon insanı, 5 milyon kvadrat kilometr ərazini əhatə edir. Bu regionun iqtisadi əhəmiyyəti olduqca böyükdür. Böyük Xəzər regionu dünyada iqtisadi inkişaf naminə vacib nöqtələrdən biridir ki, belə nöqtələr heç də çox deyil. Biz inanırıq ki, bu region istər iqtisadi, istərsə də digər sahələri əhatə edən böyük potensiala malikdir”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
9 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 9 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















